25 Ekim 2015 Pazar

Lale Dövrü

                                    Lalə dövrü






Lalə dövrü (türk. Lâle Devriosm. لاله دورى) — Osmanlı imperiyasında Sultan III Əhmədin (1703-1730) hakimiyyəti illərində baş vəzir İbrahim paşanın həyata keçirdiyi islahatlar dövrü.

Haqqında

XVIII əsrin əvvəllərində Osmanlı imperiyasında müxtəlif incəsənət əsərləri, parklar, bağçalar lalə motivləri ilə bəzədildiyi üçün bu dövr Osmanlı tarixində "Lalə dövrü" adlanır. "Lalə dövrü" Osmanlı imperiyası tarixində Avropa ilə yaxınlaşma dövrü kimi qəbul edilir və "Osmanlı intibahı" hesab olunur. Həmin dövrdə sənətkarlıq və ticarətin inkişafı üçün bir sıra tədbirlər həyata keçirildi. Avropadan alınan ilk texniki vasitə mətbəə oldu. 1727- ci ldə ilk türk mətbəəsi açıldı. Sultan III Əhməd Topqapı sarayı ilə Yeni Camidə kitabxana,Ayasofyada Sultan Əhməd Çeşməsi və İstanbulun su ehtiyacını qarşılamaq məqsədi ilə Dəryayi-Sim adlı su bəndi inşa etdirmişdir. Lakin islahatlar yarımçıq və məhdud səciyyə daşıyırdı. Mövcud sosial-iqtisadi və siyasi vəziyyət vəziyyət saxlanılmağa çalışılırdı. Əsaslı dəyişikliklər həyata keçirilmirdi. Məhz bu amillər və imperiyanın hərbi-feodal xüsusiyyəti istər XVII əsrin ikinci yarısı, istərsə də XVIII əsrin birinci yarısındakı islahatların uğursuzluğuna səbəb olmuşdur.
1730-cu ildə Patron Xəlilin başçılığı ilə yeniçəri üsyanı nəticəsində Sultan III Əhməd hakimiyyətdən devrildi. Bundan sonra islahatlar dayandırıldı və "Lalə dövrü" başa çatdı.
Lalə dövrü – tarixdə rahatlıq, sükut, sənətkarların, mədəniyyətin dövrü hesab olunur. Bu dövrdə, on səkkizinci əsrdən bəri İstanbul və digər Osmanlı şəhərlərində ərəb, erməni, ivrit kitab nəşr edən mətbəələr ardından, Şeyxüllislam Abdullah Əfəndinin əmri ilə Osmanlıca kitab nəşri də sərbəst oldu. Kağiz fabriki yaradıldı. Mətbəədə çap olunan kitabların idarəsi üçün də alimlər vəzifələndirildi.

Lalə dövrü populyar mədəniyyətdə

Hiç yorum yok:

Yorum Gönder